Ukrayna heç bir kütləvi qırğın silahı hazırlamayıb – Zelenski

Ukraynada heç bir kimyəvi və ya digər kütləvi qırğın silahı
hazırlanmayıb və bunu bütün dünya bilir, o cümlədən Rusiya.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski
videomüraciətində bildirib.

“Mənim torpağımda heç bir kimyəvi və ya digər kütləvi qırğın
silahları hazırlanmayıb. Bunu bütün dünya bilir. Bunu siz (Rusiya
Federasiyası – red.) bilirsiniz”, – deyə V.Zelenski qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, laboratoriyalar hərbi
texnologiyalarla məşğul olmur.

Teqlər: