Yaponiyanın Honsü adasının şərq sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb.
Zəlzələnin episentri Asahi şəhərindən 176 km şərqdə (əhalisi təxminən 41 min nəfər), ocağı isə 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.