Yaponiya sahillərində iki yük gəmisi toqquşub

Yaponiyaya məxsus “Byakko” yük gəmisi Marşal adalarında”ULSAN PİONEER” adı altında qeydiyyatdan keçmiş böyük olmayan tankerlə toqquşub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, NHK telekanalında hadisə Sikoku adasının yaxınlığında,Yaponiyanın daxili sularında baş verdiyi açıqlanıb.

Toqquşma əsnasında yapon gəmisi çevrilib .Heyyətin üzvlərinin 12 nəfərindən 9-u qurtarılıb,üçü isə itkin düşüb.

“ULAN PİONEER” tankeri hadisə nəticəsində ciddi zədələnməyib.