Yaponiya Rusiyaya yüksək texnologiyalı avadanlıqların, o cümlədən 3D printerlərin ixracını qadağan edib

Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya ixracı
qadağan edilən mal və texnologiyaların siyahısını
genişləndirir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye
Nazirliyi bildirib.

Bildirilib ki, bu siyahıya 3D printerlər və kvant hesablamaları
üçün avadanlıqlar daxil olacaq.

Ümumilikdə, yenilənmiş sənəddə 14 yeni adlar daxil olunub.
Onların arasında neft emalı üçün katalizatorlar, elektron və atom
qüvvəsi mikroskopları, 3D printerlərdə istifadə olunan toz halına
salınmış metallar və metal ərintiləri, günəş, külək və digər bərpa
olunan enerji mənbələrindən istifadə etməklə əldə edilən hidrogen
var.

Teqlər: