Benzema “Real Madrid”in heyətində vurduğu qolların sayına görə Raula çatıb

“Real Madrid”in hücumçusu Kərim Benzema İspaniya çempionatının
36-cı turunda “Levante” ilə oyunda qol vurub.

AzerTimes-ın
məlumatına görə, bu qol “Real Madrid” üçün 323-cü oldu və o, bu
göstəricidə komandanın əfsanə oyunçusu Raulla bərabər olub. Hazırda
futbolçular Madrid klubunun bombardiri siyahısında ikinci yeri
bölüşürlər. Bu göstəricidə ən yaxşısı “Real Madrid”in heyətində 450
qol vuran portuqaliyalı hücumçu Kriştiano Ronaldodur.

Xatırladaq ki, görüş Madrid klubunun 6:0 hesablı darmadağınlı
qələbəsi ilə başa çatıb.

Teqlər: