Yaponiya Rusiyadan olan dörd təşkilata və üç şəxsə qarşı sanksiya tətbiq edib

Yaponiya hakimiyyəti KXDR-ə qarşı sanksiya rejiminin pozulması
ilə əlaqədar Rusiyadan olan 4 təşkilata və 3 şəxsə sanksiya tətbiq
edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi
bildirib.

Siyahıya Rusiya vətəndaşları Aleksandr Qaevoy, Aleksandr
Çasovnikov və Roman Alar, həmçinin “Apollon”, “RK Briz”, “Zil-M” və “Parsek” şirkətləri daxildir. Bundan əlavə, siyahıya Çin və
Rusiyada yaşayan altı KXDR vətəndaşı da daxil edilib.

Teqlər: