Britaniyada yaşayış binasında qaz partlaması nəticəsində bir nəfər ölüb

Böyük Britaniyanın Mançester şəhərində yaşayış binasında qaz
partlaması nəticəsində bir nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli polisin saytında
bildirilib.

Məlumata əsasən, yaxınlıqdakı binalarda olan insanlar təxliyə
edilib.

Partlayış nəticəsində bir neçə ev işıqsız qalıb.