Yaponiya rus qazının alışını dayandırır

Yaponiya rus qazının alışını dayandırır

Yaponiya Rusiyadan təbii qaz alışını dayandıra bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, Yaponiyada Rusiya maye qazının alıcıları tədarüksüz qala bilər. Bu, onunla əlaqədardır ki, yapon sığorta şirkətləri Rusiya-Ukrayna savaşından dolayı qazın daşınması risklərini qarşılamaqdan imtina edirlər.

1 yanvar 2023-cü il tarixindən etibarən sığorta şirkətləri Rusiya və Ukrayna ərazi sularında hərbi riskləri sığortalamaqdan imtina edəcək.

Belə ki, “Tokio Marine Holdings Inc.”, “Sompo Holdings Inc.” və “MS&AD Insurance Group Holdings Inc.” kimi şirkətlər bu yöndə qərar veriblər.

Bu qərar Qara və Azov dənizlərində, eləcə də Rusiyanın şərq sularında gəmilərin marşrutuna ciddi təsir göstərəcək.

Teqlər: