Yaponiya hökuməti tam tərkibində istefa verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Kiodo agentliyi xəbər verib.
Məlumata əsasən, Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Fumio Kişida Yaponiyanın 100-cü baş naziri olacaq.
Bu gün ölkə parlamentinin hər iki palatası baş nazirin namizədliyinə səs verəcək. Daha baş nazir öz kabinetinin nazirlərini təyin edəcək.