İranda 5,8 bal gücündə zəlzələ baş verib

İranın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri Şexre-Kord şəhərindən 106 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.