Yaponiya hökuməti Şərqi Çin dənizinin mübahisəli hissələrində
qazma işlərinin aparılması ilə əlaqədar Çin hökumətinə etiraz
ünvanlayıb.
Trend-in
məlumatına görə, bunu Yaponiyanın baş naziri Fumio Kisida
deyib.
O qeyd edib ki, Çin gəmiləri birtərəfli qaydada mübahisəli
hissələrdə yerləşən qaz yataqlarında qazma işləri aparır.
Yaponiya tərəfinin məlumatlarına əsasən, rəsmi Pekin iki ölkə
arasında təyin edilmiş iqtisadi zonanın sərhədində fəaiyyət
göstərir. Hazırda orada 17 qazma qurğusunun işlədiyi deyilir.
Çin isə öz növbəsində həmin iqtisadi zonanın sərhədinin Yaponiya
sahillərinə daha yaxın olmalı olduğunu iddia edir.