Yaponiya əhalisi rekord həddə azalıb

Yaponiya əhalisi 2020-ci il oktyabrından 2021-ci ilin
oktyabrınadək müddət ərzində rekord həddə, 644 min (0,5 faiz) nəfər
azalaraq 125,5 milyon nəfər təşkil edib.

Trend-in
məlumatına görə, bu barədə Yaponiyanın İnzibati İşlər və
Kommunikasiyalar Nazirliyi bildirib.

Qeyd olunur ki, bu, 20-ci əsrin ortalarından bəri qeydə alınan
ən yüksək azalma səviyyəsi olub. Eyni zamanda, son 10 il ərzində
ölkə əhalisi 2,3 milyon nəfər azalıb.

Statistikaya əsasən, Yaponiya əhalisinin 36,2 milyonu və ya
təxminən 29 faizi 65 yaşdan yuxarı şəxslərdir.

2053-cü ilədək Yaponiyada əhalinin 100 milyon nəfərə, 2065-ci
ilədək 88 milyon nəfərədək azalacağı proqnozlaşdırılır. Bununla
yanaşı, əhalinin 38 faizi 65 yaşdan yuxarı şəxslər olacaq.