Tokioda səfərdə olan ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş
naziri Fumio Kişida Yaponiyanın üç obyektindən yüksək
zənginləşdirilmiş uranın ABŞ-a uğurla təhvil verildiyini
açıqladılar.
Trend xəbər verir ki, bunu ABŞ-ın Energetika Nazirliyindən
bildiriblər.
Məlumata əsasən, uran mart ayında Tennessi və Cənubi Karolina
ştatlarına çatdırılıb, lakin bu barədə yeni açıqlama verilir.
Bildirilib ki, uranın ABŞ-a çatdırılması Böyük Britaniya ilə sıx
əməkdaşlıq şəraitində həyata keçirilib.
Qeyd edilib ki, ABŞ-da uran aşağı səviyyəli zənginləşdirilmiş
urana qədər təkrar emal ediləcək və/və ya utilizasiya olunacaq ki,
bu da ondan əldəqayırma nüvə partlayıcısının hazırlanmasında
istifadə riskini birdəfəlik azaldacaq.