Yapon qırıcıları havaya qalxdı: rus təyyarələri sərhəddə…

Yapon qırıcıları havaya qalxdı: rus təyyarələri sərhəddə…

Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiyaya məxsus 4 təyyarənin ölkə sərhədlərinə yaxın ərazidən uçması səbəbindən havaya qaldırılıb.

AzerTimes xəbər verir ki, rus təyyarələri Yaponiya hava sərhədlərinin yaxınlığından Hokkaydo adasının şimalında Yapon dənizi üzərində uçuş həyata keçirib.

Bundan sonra təyyarələrdən ikisi Hokkaydonun qərbinə, digər ikisi isə Saxalina tərəf uçub.

“Bununla əlaqədar, qırıcılar həyəcan siqnalı ilə havaya qaldırılıb”, – deyə Yaponiyanın Baş Qərargahının məlumatında deyilir.

Həmçinin, Yaponiya hava məkanının pozulmadığı bildirilib.

Teqlər: