Yapon dənizi istiqamətində daha bir raket buraxıldı

Yapon dənizi istiqamətində daha bir raket buraxıldı

Şimali Koreya bu gün axşam saatlarında Yapon dənizi istiqamətində daha bir ballistik raket buraxılışını həyata keçirib.

AzerTimes xəbər verir ki, “Yonhap” agentliyi bu barədə Cənubi Koreyanın hərbi komandanlığına istinadla məlumat yayıb. Buraxılan raketə dair hələlik təfərrüatlı məlumat yoxdur.

Agentlik bildirir ki, bu, Pxenyanın son iki həftədə yeddinci ballistik raket buraxılışıdır. Raketlərin buraxılışı Yaponiya, Cənubi Koreya və ABŞ-ın Yapon dənizindəki birgə hərbi təlimləri başa çatdıqdan dərhal sonra həyata keçirilib.

Teqlər: