YAP Xətai rayon təşkilatı məktəblilər arasında müsabiqə və yarışlara start verib

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsindəyik. Ulu Öndərin
doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir,
dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə işıq salınır.
Ümummilli Liderin xidmətlərinin miqyası o qədər böyükdür ki, onları
indiki və gələcək nəsillərə çatdırmaq üçün müxtəlif tərkibdə
tədbirlərin keçirilməsinə böyük ehtiyac duyulur.

Ölkənin ictimai – siyasi həyatında aparıcı rol oynayan, ulu
öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası
Ümummilli Liderin ideyalarının təbliğatçısı kimi Onun gördüyü
işlərin, xidmətlərinin təbliği istiqamətində səylər göstərir,
sıralarında birləşdirdiyi 800 minə yaxın üzvün hər biri bu işə öz
töhfəsini verməkdən qürur duyur.

YAP Xətai rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü ilə bağlı tədbirlərə start verib. Xətai
rayon məktəbliləri arasında başlanan inşa müsabiqəsi, futbol və
şahmat yarışları da bu tədbirlərin tərkib hissəsidir. Məktəblilər
keçirilən inşa müsabiqəsində öz düşüncələri əsasında dövlətimiz və
xalqımız qarşısındakı xidmətləri fonunda dahi şəxsiyyətin
portretini yaradacaq, Onu necə düşündüklərini müsabiqədə fəal
iştirakları ilə ifadə edəcəklər.

Sonda inşa müsabiqəsinin, futbol və şahmat yarışlarının
qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Teqlər: