YAP Veteranlar Şurasına yeni üzvlər daxil edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə (seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) yeni üzvlər daxil edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edilib.

Bununla yanaşı, YAP üzvlərinin qeydiyyatı və hesabatlılıq sisteminin yaradılması üçün maliyyə vəsaitinin ayrılmasına razılıq verilib.

Twitter: @ElchinMehdiyev

Teqlər: