YAP Pirallahı rayon təşkilatında gənclərlə görüş keçirilib (FOTO)

22 aprel 2022-ci il tarixində YAP Gənclər Birliyinin sədri
Bəxtiyar İslamov Pirallahı rayonunda partiyanın fəal gəncləri ilə
görüşüb. Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil
Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Vəzir Səfixanov, Milli Məclisin deputatı Rauf Əliyev və YAP Gənclər
Birliyinin sədri Bəxtiyar İslamov iştirak etmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda
canından keçən şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Emil Abasov qeyd etdi ki,
gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi
formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi,
misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik
fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.
Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə
bağlı bir cox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin
milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir.
Təsadüfi deyil ki, məhz Ulu Öndər ölkə gənclərinin ilk forumunu
təşkil etdi və o zamanın gəncləri olan bizlərə “2 fevral –
Azərbaycan Gəncləri Günü”nü ərmağan etdi. Məhz bu tarixdən sonra
gənclərin önü açıldı. Onların təhsil almağı üçün şəraitləri
yaxşılaşdı, dövlət işlərində irəliyə çəkilməsi gündəmə gəldi. Bu
addım Ulu Öndər Heydər Əliyevin xalqı və onun işıqlı gələcəyi
qarşısında müstəsna xidməti idi. Natiq bildirdi ki, son
onilliklərin praktikası aydın şəkildə göstərir ki, gələcəkdə
strateji üstünlüyü o dövlətlər əldə edəcək ki, öz gənclik resusunun
innovativ inkişaf potensialının effektiv və produktiv istifadəsinə
hansı dərəcədə nail olacaqlar. Bu baxımdan ölkəmizdə gəncləri
sosial praktikaya cəlb edərək özünüinkişafın potensial imkanları
barədə maarifləndirmək, elmi, yaradıcı və sahibkar gəncliyə hər cür
dəstəyi verilmək dövlətin strateji prioritetlərindəndir. Xüsusilə
liderlik keyfiyyətlərinə malik, təşəbbüskar və istedadlı gəncləri
üzə çıxarıb inkişafına təkan verən bütöv bir sistem
formalaşdırılmaqdadır. Həmçinin Azərbaycan gəncliyi yüksək
patriotizmə və vətəndaşlıq şüuruna malik, millətin milli-mənəvi və
mədəni dəyərləri ruhunda yetişdirilməkdədir və bunun ən bariz
təstiqi 44 günlük Vətən müharibəsidir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin
gələcəyə ümidlə və optimist baxmasına imkan verir.

Daha sona çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Vəzir Səfixanov bildirdi ki, 2003-cü ildən sonra
Azərbaycanda gənclər siyasəti daha da şaxələndirərək, yeni verilmiş
qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. Ölkədə
gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət
orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki,
Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssalıqla
yanaşır. Çıxışını davam etdirən Vəzir Səfixanov bildirib ki,
Pirallahı rayonunda Pandemiya dövründə gənclərdən ibarət könüllü
dəstələr sakinlər arasında maarifləndirmə işlərində fəallıq nümayiş
etdirmiş, Vətən müharibəsində onlarla Pirallahı gənci döyüşlərdə
iştirak etmiş, onlardan 2 nəfəri şəhidlik zirvəsinə ucalmış, 8
nəfəri isə qazi olmuşdur. Rayon üzrə ümumilkidə 58 nəfər Vətən
Müharibəsi iştirakçısı 88 medalla təltif olunmuşdur. O qeyd
etmişdir ki, Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi
dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda
tərbiyə olunması nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində
gənclərimiz qəhrəmanlıq salnamməsi yazaraq Zəfər qazandılar.

Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev Azərbaycan
Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsindən
danışdı. O, vurğuladı ki, həyatımızın bütün sahələrində gənclərin
fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və
idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi
məhkəmlənmişdir. 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə
edən “Azərbaycan Gəncliyi” Dövlət Proqramları müvəffəqiyyətlə
həyata keçirilmişdir. Hazırda “2015-2025-ci illərdə Azərbaycan
gəncliyinin İnkişaf Strategiyası” uğurla həyata keçirilir. Bu gün
Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak
edirlər. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, hümanitar
sahələr üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəsdək verir,
cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından
iştirak edirlər. Cənab Prezident İlham Əliyev özünün çıxışlarında
mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə
göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can
atan və vətənpərvər insanlar kimi təqdim edir. Cənab Prezident
İlham Əliyevin bütün çağrışlarına cavab verən Azərbaycan gəncliyi
bunu İkinci Qarabağ müharibəsi zamanı sübut etdi. 2020-ci ilin
sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən
müharibəsində Azərbaycan gəncləri bütünlüklə səfərbər oldu.
Ermənistan ordusunun təxminən 10 min əsgəri fərarilik edərək döyüş
müydanından qaçdığı halda , Azərbaycan gəncləri könüllü şəkildə
orduya yazılmaq üçün növbələr gözlədi, döyüş meydanında qəhrəmanlıq
nümayiş etdirdi.

Sonda çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov
cəmiyyəti inkişafa aparan yeni ideyalar və onları reallığa çevirmək
üçün tükənməz güc, enerji, adətən gənclərdən gəlir. Dövlət başçısı
İlham Əliyev ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin
potensialından tam və düzgün istifadə edilməsi, onların faydalı
məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində
iştirakının gerçəkləşdirilməsi məqsədi ilə “Azərbaycan Gəncliyi
Dövlət Proqramlarının təsdiq edilməsi haqqında” sərəncamlar
imzalamışdır. Sərəncamda Azərbaycanda gənclərlə bağlı dölət
siyasətinin başlıca istiqamətləri açıqlanmış, habelə bu təbəqəyə
diqqətin artırılması üçün konkrekt tədbirlər hazırlanması və
maliyyələşdirilməsi Nazirlər Kobnetinə həvalə olunmuşdur. O
çıxışında VII qurultaydan sonra YAP Gənclər Birliyinin gördüyü
işlərdən əhatəli bəhs edib. Bəxtiyar İslamov ölkəmizdə həyata
keçirilən uğurlu gənclər siyasətindən, gənclərin yaradılan
imkanlardan istifadə edərək uğurlu fəaliyyətindən danışıb. Qeyd
edib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil
edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq
nümayiş etdirirlər. Tarixi zəfər digər amillərlə bərabər, həm də
Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran
nəticəsidir. YAP Gənclər Birliyinin sədri bildirib ki, Prezident
İlham Əliyev 44 günlük müharibədə əldə olunan zəfərdə gənclərin
rolunu xüsusi vurğulayır.

Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri
dinlənilib. Pirallahı rayonu gəncləri onları düşündürən məsələlərlə
bağlı suallar ünvanlayıb, bəzi təkliflərlə çıxış ediblər. Tədbirin
sonunda Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müaricət etmiş
bir sıra şəxslərə üzvlük vəsiqələri təqdim edildi.

Teqlər: