YAP nümayəndələri Vətən müharibəsinin rus millətindən olan iştirakçılarını ziyarət edib (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasının rəhbərliyinin təşəbbüsü ilə YAP nümayəndələri Bakı şəhərində yaşayan iki nəfər rus millətindən olan Vətən müharibəsi iştirakçısının mənzilini ziyarət edib.

AzerTimes-ın məlumatına görə, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, YAP İcra katibliyinin şöbə müdirləri Aydın Hüseynov və Aydın Mirzəzadə, YAP Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov hər iki ailənin vəziyyəti ilə maraqlanıb, keçmiş döyüşçülərə Vətənin müdafiəsində iştiraka görə, ailələrə isə qəhrəman oğullar böyütdüklərinə təşəkkür ediblər.

Qeyd edək ki, Vladislav Karçaşkin Cəbrayıl, Fizulu, Xocavınd, Laçın və Şuşa uğurunda döyüşlərdə iştirak edib, medallarla təltif edilib. O döyüşlərini Vətəni üçün vuruş adlandırıb.

Denis Quzlayev oktyabrın 14-də ağır döyüşlərin birində çənəsindən ağır yaralanıb, əməliyyat olunub, indi reabilitasiyadadır. O da medalla təltif edilib.

Teqlər: