YAP Neftçala təşkilatının sədri ictimaiyyətə təqdim olunub

Neftçalada Yeni Azərbaycan Partiyasının sədrinin
ictimaiyyətə təqdimatı olub. Təqdimatda Neftçala Rayon İcra
Hakimiyyətinin (RİH) başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri,
hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının
rəhbərləri və YAP-nın üzvləri iştirak edib. RİH-dən AzerTimes-a
bildirilib ki, öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər
Əliyevin əzəmətli heykəli ziyarət olunub, abidənin önünə tər gül
dəstələri düzülüb, ehtiramla yad edilib.  Azərbaycan
Respublikasının Dövlət Himni səslənib, Xalqımızın ümummilli lideri,
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi
zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla
yad olunub. Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı
Mirhəsən Seyidov YAP-ın Azərbaycanın siyasi tarixinin ən parlaq
səhifələrindən biri olduğunu qeyd edib. Bildirib ki, 29 il bundan
öncə Ulu Öndər Heydər Əliyev tərəfindən yaranan YAP bu gün cənab
Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Ulu Öndərin “Yeni Azərbaycan Partiyası müstəqil
Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir
partiyadır” sözünün həqiqət olduğu özünü sübut edib. Yeni
Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər
Əliyevin ideya və arzuları yaşayır, bu arzular Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə
yaxın işğal altında qalan torpaqlarımızın azad olunmasından, 44
Günlük Vətən müharibəsindəki qələbəmizdən danışan Neftçala RİH
başçısı YAP-nın Neftçala rayon Təşkilatına sədr təyin olunması
münasibətilə Ülvi Fərzəliyevi təbrik edib və gələcək işlərində
uğurlar arzulayıb. Ülvi Fərzəliyev çıxış edərək, Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri
cənab İlham Əliyevə və partiya rəhbərliyinə təşəkkürünü bildirib,
bu etimadı layiqincə doğruldacağını vurğulayıb. Tədbirdə çıxış edən
YAP-nın sabiq sədri Oktay Kərimov, Neftçala rayon İH yanında
İctimai şuranın sədri və şəhid atası Təhmasib Məlikov, Rayon TŞ
müdiri Vüqar Dadaşov, Tərəqqi medallı Ruhəngiz Nəcəfova, əməkdar
müəllim Hüsniyyə Zeynalova və  Elman Babaşov  Yeni
Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan
alternativsiz siyasi partiyaya çevrildiyini bildirirərək, Ülvi
Fərzəliyevi yeni təyinatı münasibətilə təbrik edib, bu yolda ona
müvəffəqiyyətlər arzulayıblar

Teqlər: