YAP-ın rayon təşkilatları rəhbərləri bu gündən fəaliyyətə başlayıblar

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının rəhbərləri fevralın 1-dən fəaliyyətə başlayıblar.

AzerTimes-ın məlumatına görə, bunu YAP Mərkəzi Aparatının rəhbəri, partiya sədrinin müavini Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yeni rəhbərlər qarşısında yeni tapşırıqlar qoyulub.

“Qısa zamanda hər bir rayon və şəhərdə partiya təşkilatlarının fəaliyyətinin daha çevik, müasir tələblərə və cənab Prezidentimizin, sədrimizin tələblərinə uyğun qurulması üçün öz təkliflərimizi təqdim edəcəyik”, – deyə T.Budaqov bildirib.

Teqlər: