YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? – Trend TV-nin REPORTAJI

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının VII növbədənkənar qurultayı keçirilib.

AzerTimes-ın məlumatına görə, qurultayın əvvəlində Prezident İlham Əliyev çıxış edib.

Qurultay zamanı partiyada bır sıra strukdur və kadr dəyişiklikləri olub.

Belə ki, partiyanın Siyasi Şurası ləğv olunub. Bunun əvəzində isə 35 nəfər üzvü olan YAP Veteranlar Şurası yaradılıb və Arif Rəhimzadə şuraya sədr seçilib. YAP İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb və 20 nəfərdən 40 nəfərə artırılıb. Əvvəlki İdarə Heyətinin tərkibində olan 11 nəfər yeni tərkibdə yer almayıblar.

Bundan əlavə YAP-ın yeni strukturu olan Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb. YAP-ın Qadınlar Şuasının yeni sədri seçilib. Həmçinin qurultayda Azərbaycan fəaliyyət göstərən 6 partiyanın YAP-a qoşulmaqla bağlı müraciətləri qəbul edilib.

YAP strukturlarına yeni seçilənlər arasında gənclərin də iştirakına önəm verilib. Növbəti günlərdə partiyanın İdarə Heyətinin yeni tərkibdə iclasının keçiriləcəyi və YAP icra katibliyinin fprmalaşdırılacağı, İdarə heyətinə sədr müavinlərinin keçiriləcəyi gözlənilir.

Teqlər: