YAP bir neçə avtomobilini satışa çıxarır

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyası (YAP) bir neçə avtomobilini satışa çıxarır.

AzerTimes-ın məlumatına görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

İclasda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının balansında olan istismar müddətini başa vurmuş 5 ədəd avtonəqliyyat vasitəsinin satışa çıxarılmasına, 2 ədəd minik avtomobilinin “Yeni Azərbaycan” qəzetinin balansına verilməsinə və 1 ədəd yeni avtomobilin alınmasına razılıq verilib.

Twitter: @ElchinMehdiyev


Teqlər: