Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında yeni kadr təyinatı olub.
AzerTimes xəbər verir ki, Nurlan Qələndərli hakim partiyanın İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
O, artıq vəzifəsinin icrasına başlayıb.
N.Qələndərli son təyinata qədər “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru olub.
Xatırladaq ki, həmin vəzifədə bundan əvvəl Elməddin Quliyev çalışıb. O, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar işdən çıxıb.