“Qarabağ”- “Sürix” oyununa nə qədər bilet satılıb?

“Qarabağ”- “Sürix” oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İsveçrə “Sürix”i ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

“Qarabağ” klubunun mətbuat xidmətindən Axar.z-a verilən məlumata görə, qarşılaşma üçün 23 min bilet satılıb.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Teqlər: