YAP-a yeni mətbuat katibi təyin edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasına (YAP) yeni mətbuat katibi təyin edilib.

YAP-dan AzerTimes-a verilən məlumata görə, Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

YAP-ın əvvəlki mətbuat katibi Hüseyn Paşayev isə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi ilə əlaqədar olaraq öz vəzifəsindən azad edilib.


Qeyd edək ki, E.Quliyev bundan əvvəl Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.

Twitter: @ElchinMehdiyev

Teqlər: