Yanvarın 24-dən Şuşa və Ağdama səfər edən sərnişinlərin sayı açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi
müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata
keçirdi. Yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqaməti üzrə
ümumilikdə 3196 sərnişin səfər edib. Vətəndaşların öz doğma
torpaqlarına gediş-gəlişi uğurla təmin olunub.

Nazirlikdən AzerTimes-a bildirilib ki, marşrutların təhlili,
həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə
alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı
istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara
alınıb.

Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq
marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan
www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada
satılır.

Teqlər: