Yanvarda doğulanlar arasında oğlan uşaqları yenə də çoxluq təşkil edib

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda yanvar ayında 10812 körpə doğulub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınan doğum sayı əhalinin hər 1000 nəfəri üçün 12,7 təşkil edib.

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.


Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.

Teqlər: