Yanvar-fevral aylarında nikahların sayı artıb

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma
halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə,
ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə
nikahların sayı 3,5-dən 5,9-a qədər artıb.

Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Teqlər: