Yanvar ayında dünyada koronavirusdan ölüm hallarında rekord qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yanvar ayında dünyada 400 min nəfər koronavirusun qurbanı olub.

AzerTimes-ın məlumatına görə, bu, pandemiya başladıqdan sonra ən yüksək göstərici olub.

Ötən ay qeydə alınan ölüm halları dekabrdan 70 min daha çox olub.


Eyni zamanda, yanvarda 19 milyon yoluxma qeydə alınıb ki, bu da dekabr ayı ilə müqayisədə 1 milyon nəfər azdır.