Yanlış olaraq maaşının 286 mislini aldı, yoxa çıxdı

Yanlış olaraq maaşının 286 mislini aldı, yoxa çıxdı

Təsadüfən maaşının 286 mislini alan Çili sakini işini tərk edərək yoxa çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə “Odditu Sentral” məlumat yayıb.

Məlumata görə, Çilinin “Cial” şirkətinin əməkdaşı keçən ay 180 min dollar maaş alıb, halbuki o, 542 dollar almalı idi. O, bu barədə rəhbərliyə məlumat verib. Ondan pulu qaytarmağı xahiş ediblər, o da razılaşıb. Lakin növbəti gün şirkət işçi ilə yenidən əlaqə saxlamağa çalışsa da, o, artıq zənglərə cavab verməyib. Bundan əlavə, adam məsafədən istefa ərizəsi təqdim edib və yoxa çıxıb.

Şirkət həmin şəxsi məhkəməyə verməyə hazırlaşır.

Teqlər: