Yanğın ağacların məhvinə səbəb olub

Xəbər - Çingiz Səfərli – Trend:

Bu gün Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yaşıllıq ərazidə baş verən yanğın zamanı 23 ağacın yandığı məlum olub.

Bunu AzerTimes-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

“Hazırda təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır.


Araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək”.

Teqlər: