Yanacaqdaşıyan maşın körpüdən aşdı: ölən var – Video

Yanacaqdaşıyan maşın körpüdən aşdı: ölən var – Video

Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verməsi nəticəsində yanacaq daşıyan avtomobil körpüdən aşıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.

Teqlər: