Yalnız bu yolla İranın qarşısını almaq olar

Yalnız bu yolla İranın qarşısını almaq olar

ABŞ diplomatiyanı İranın sabitliyi pozan təsiri ilə mübarizə aparmağın ən etibarlı yolu hesab edir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əs-Səudla birgə mətbuat konfransında deyib.

“Birləşmiş Ştatlar iqtisadi təzyiq, çəkindirmə və güclü müdafiə əməkdaşlığı ilə tamamlanan diplomatiyanın bu təhlükəli hərəkətlərin qarşısını almağın ən yaxşı yolu olduğuna inanmaqda davam edir. Biz Səudiyyə Ərəbistanının münasibətlərin gərginliyini azaltmaq və sabitləşdirmək səylərini dəstəkləyirik”, – deyə o bildirib.

Teqlər: