Yalnız bir xəstəxanaya 10 yaralı erməni gətirildi

Yalnız bir xəstəxanaya 10 yaralı erməni gətirildi

Göyçə mahalının Martuni şəhərinin xəstəxanasına 10 yaralı gətirilib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Tibb mərkəzinə 10 nəfər çatdırılıb, onlardan 4-nün vəziyyəti çox ağır olduğu üçün İrəvana göndərilib. Digər yaralıların vəziyyəti qənaətbəxşdir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri sərhəddə irimiqyaslı təxribat törədib, nəticədə Ordumuzun şəxsi heyətində itki baş verib və infrastruktura ziyan dəyib. Buna cavab olaraq Ordumuz legitim hərbi obyektlərə ağır zərbələr endirib.

Teqlər: