Yalnız bir dəhliz var, başqası ola bilməz – Simonyan

Yalnız bir dəhliz var, başqası ola bilməz – Simonyan

Yalnız Laçın dəhlizi mövcuddur, başqası yoxdur və ola bilməz.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın İctimai kanalına açıqlamasında deyib.

“Bu, suverenlik və təhlükəsizlik haqda söhbətlərdir və mən bütün partnyorları və medianı bu söz birləşməsindən (Zəngəzur dəhlizindən söhbət gedir – red.) imtina etməyə çağırıram:

“Yalnız bir dəhliz var, digəri yalnız Azərbaycan Prezidentinin leksikonunda səslənir”.

Zəruri olaraq xatırladaq ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol (Zəngəzur yolu) – 10 noyabr bəyanatında əksini tapıb və onun statusu tamamilə Laçın dəhlizinin statusu ilə eynidir.

Digər tərəfdən, dəhlizin verilməsini öz suverenliyi və təhlükəsizliyinə təhdid sayan Ermənistan Qarabağdakı bir ovuc erməni üçün Laçın dəhlizinin mövcudluğunu nədənsə Azərbaycanın suverenliyinin pozulması kimi dəyərləndirmir.

Teqlər: