XVI Benedikt dəfn olundu

XVI Benedikt dəfn olundu

Dekabrın 31-də 96 yaşında vəfat edən Roma Papası XVI Benedikt Vatikanda dəfn edilib. O, özü istədiyi kimi, sələfi II İohann Pavelin (1920-2005) ilkin məzarında dəfn edilib.

AzerTimes xəbər verir ki, müqəddəs Pyotr meydanında keçirilən anım mərasiminə Roma Papası Fransisk rəhbərlik edib.

Vatikan jandarmının hesablamalarına görə, təxminən 50 min adam mərasimə qatılıb. Bəzi ziyarətçilər Benediktin kanonlaşdırılmasını tələb ediblər.

Dəfn mərasimində İtaliya və Almaniyadan rəsmi nümayəndə heyətləri iştirak edib. Onlara prezidentlər Sercio Mattarella və Frank-Valter Ştaynmayer rəhbərlik edib.

Teqlər: