Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı keçirilən görüşlər başa çatıb (FOTO)

Müdafiə Nazirliyində yaradılan təşviqat qrupu tərəfindən xüsusi
təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat
və izahedici məlumatların çatdırılması məqsədilə respublikanın
ümumtəhsil orta məktəblərində şagirdlər, valideynlər və
müəllimlərlə keçirilən görüşlər yekunlaşıb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, keçirilən görüşlərdə məktəblilər arasında
hərbi vətənpərvərlik ruhunun, eləcə də milli mənlik şüurunun
təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılmasında
Müdafiə və Təhsil nazirliklərinin birgə fəaliyyətinin mühüm
aspektlərindən danışılıb. Zabit peşəsinə marağın artırılmasına,
hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha da
səmərəli təşkilinə dair fikir mübadiləsi aparılıb, hərbi
rəhbərlərin təklifləri və istəkləri qeydə alınıb.

Teqlər: