Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir (VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı
planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin
taktiki-xüsusi təlimi keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, çətin keçidli dağ və qayalıq ərazilərdə
xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif
yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.

Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi
təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da
yüksəldilməsidir.

Teqlər: