Xüsusi məktəblərə müəllimlərin işə qəbulu üzrə müsahibə başlayır

Xəbər - Elçin Mehdiyev – Trend:

Sentyabrın 16-dan xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, müsahibələr 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil ediləcək.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələrə 80 namizəd dəvət edilib. Müsahibəyə zamanı namizədlərin biliyi və metodiki hazırlığını, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunacaq.

Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Twitter: @ElchinMehdiyev

Teqlər: