Xunta özünü buraxdı: Bu, mütləq qələbədir!

Xunta özünü buraxdı: Bu, mütləq qələbədir!

Azərbaycan xalqı bu məsələdə çox dözümlü yanaşma sərgiləməklə, prosesləri elə bir tərzdə tərtib etdi ki, biz artıq mütləq qalibik. Bu işdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin misilsiz xidməti var. Məhz onun diplomatiyası bizi qələbəyə çatdırdı.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Tofiq Abbasov Xankəndidəki qondarma qurumun rəsmi olaraq ləğv edilməsi haqda danışarkən deyib.

“Biz yalnız Ermənistanla yox, çox böyük qüvvəylə müharibədə idik. Yəni fövqəldövlətlər – Fransa, ABŞ, Rusiyanın bəzi dairələri, bəzi Şərq ölkələri, həmçinin, qonşuluqda olan bəzi məmləkətlər onların arxasında idi. Lakin İlham Əliyev çevik diplomatiyası məsələni elə bir tərzdə gündəmə gətirərək onlara təkan verdi ki, biz artıq 30 ildən çox davam edən iztirabın sonuna çatdıq. Münaqişəni tam həll etdik. Bu, mütləq qələbədir”, – Abbasov bildirib.

Teqlər: