Xudatda silsilə oğurluqlar edən şəxs həbs edilib

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları
şəhər ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə
əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən
məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları
tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində
oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xudat şəhər sakini
Qədir İsayev saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda Xudat şəhəri
ərazisində olan ərzaq mağazalarına girərək oradan pul, ümumi 1710
manat dəyərində müxtəlif növ siqaretlər və külli miqdarda danışıq
kartları oğurladığı müəyyən edilib.

Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi
ilə ayrı-ayrı vaxtlarda avtomobil təmir sexinə daxil olaraq oradan
ümumilikdə 2400 manat pul oğurlayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: