Xudafərin və Qız Qalası su elektrik stansiyalarının inşası yaxın 2-3 ildə tamamlanacaq – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azad edilmiş ərazilərdə bir sıra böyük layihələrin məhz xarici investisiyalar hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir.

AzerTimes-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

“Bu ərazilərdə yaşıl xarici sərmayə qoyuluşunun ilk nümunəsi 240 meqavatlıq günəş elektrik stansiyası üzrə BP ilə əməkdaşlığımızdır. Xarici investisiya hesabına digər bir layihənin Kəlbəcər və Laçın ərazisində reallaşdırılması nəzərədə tutulur. 100 meqavat gücündə külək elektrik stansiyası layihəsinə marağın öyrənilməsi məqsədilə investorlara məlumat sorğusu sənədi təqdim olunub”.


P.Şahbazov vurğulayıb ki, bundan əlavə işğaldan azad olunmuş ərazilərdə hidroenerji potensialının istifadə olunması istiqamətində müvafiq işlər görülür: “Həmçinin 140 meqavat gücündə Xudafərin və Qız Qalası su elektrik stansiyalarının inşasının yaxın 2-3 ildə tamamlanması da regionun yaşıl enerji zonasına çevrilməsinə öz töhfəsini verəcək”.

Teqlər: