Xudafərin körpüsü beynəlxalq səviyyəli tarixi abidədir – Faiq İsmayılov

Xudafərin körpüsü beynəlxalq səviyyəli bir tarixi abidədir. UNESCO-nun qeydiyyatındadır.

Bunu AzerTimes-a açıqlamasında AMEA Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Xudafərin 15 aşırımlı bir körpüdür. Körpünün çay səviyyəsindən ən hündür tağı 7 metr 70 santimetrdir. Ən qısa taxğın hündürlüyü isə 5 metr 70 santimetrdir.

“Körpünün uzunluğu 200 metr, eni isə 5 metrdir. Onun 12-13-cü əsrlərdə inşa edildiyi güman olunur. Biz hələ bu abidənin üzərində tədqiqat işləri aparacağıq. Bu körpünün özəlliyi ondan ibarətdir ki, tağlarda bişmiş kərpicdən istifadə olunub. Tağlar çayın içərisində qaya daşlarının üzərində inşa edilib ki, bu da körpünün daha uzunömürlü olmasına dəlalət edir”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin Xudafərinə səfəri başlayıb.

Teqlər: