Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin Zərabad bölgəsində polis zabiti Həmidrza Hacı Hüseynli öldürülüb.
AzerTimes xəbər verir ki, hadisə fevralın 12-dən 13-ə keçən gecə baş verib.
Qərbi Azərbaycan əyalətinin polis rəisi Rəhim Cahanbəxş zabitin silahlı oğrularla atışma zamanı qətlə yetirildiyini bildirib.
Qatilin saxlanıldığını deyən polis rəisi onun kimliyi barədə açıqlama verməyib.