Politoloq: Stoltenberqi əvəz edəcək şəxs…

Politoloq: Stoltenberqi əvəz edəcək şəxs…

NATO rəhbərinin dəyişməsi təşkilatın Rusiyaya münasibətinə təsir etməyəcək. İndiki rəhbər Yens Stoltenberqi isə daha aqressiv şəxs əvəz edə bilər.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Leonid Krutakov deyib.

“Görünür, NATO-nun baş katibi vəzifəsinə daha aqressiv adam lazımdır. Stoltenberqin yerinə gələcək şəxs amerikalı olmayacaq. Çünki ABŞ-ın bir məqsədi var: bu vəzifəyə Avropa nümayəndəsini təyin edib, Qərb dünyasının birliyini nümayiş etdirmək”,- o bildirib.

Qeyd edək ki, alyansın rəsmi nümayəndəsi Oana Lunqesku NATO-nun Baş katibi Yens Stoltenberqin mandatını uzatmaq niyyətində olmadığını bildirmişdi.

Teqlər: