Xoşqədəm və Elgizin adından istifadə edərək dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda
təqsirləndirilən keçmiş telekanal əməkdaşı Ayxan Məmmədlinin
cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

AzerTimes-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə
araşdırılan cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində
tanınıb.

İttihama görə, Ayxan Məmmədli bir neçə nəfərin etibarından
sui-istifadə edərək onlardan pul alıb. Təqsirləndirlilən şəxs
aldığı pulları 10-15 faizlə geri qaytaracağını deyib.

Ayxan Məmmədli zərərçəkmiş şəxslərə sosial evlərdən mənzil
almaq, həbsdən adam çıxarmaq, tibb sertifikatı almaqla bağlı vədlər
verib. O, ümumilikdə 300 min manatdan artıq pulu dələduzluqla ələ
keçirməkdə ittiham olunub. Təqsirləndirlilən şəxs ifadəsində
zərərçəkmiş şəxslərin əksəriyyətinin dedikləri ilə razılaşmayaraq
dəymiş ziyanın çoxunu geri qaytardığını deyib.

İttihamda o da qeyd olunub ki, Ayxan Məmmədli ARB telekanalının
aparıcıları Elgiz Əkbər və Xoşqədəm Hidayətqızının adından istifadə
edərək onlardan pul istəyib. Zərərçəkmiş şəxs Gülşən Seyidova
istintaqda deyib ki, Ayxan Məmmədli söz verib ki, Xoşqədəm
Hidayətqızı onun daun sindromlu xəstəsi olan nəvəsini başqa ölkədə
müalicəyə göndərəcək. Bunun müqabilində ondan 3 min manat pul
alıb.

Məhkəmədə məlum olub ki, cinayət işi ilə bağlı Xoşqədəm
Hidayətqızı istintaqda ifadə verib. Aparıcı onun adından
deyilənləri təkzib edib.

İttiham olunan şəxs həqiqətən də Elgiz Əkbərin aparıcılıq etdiyi
verilişdə çalışdığını desə də, onun və Xoşqədəm Hidayətqızının
adından istifadə etdiyini boynuna almayıb.

Teqlər: