Metropolitendə işlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar yalandır – Bəxtiyar Məmmədov (FOTO)

Sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin rəhbərinin
adından yayılan iş təkliflərinə aydınlıq gətirilib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən metropolitenin Mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sosial
şəbəkələrdə yayılan məlumatlar yalandır.

Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-də işçiyə ehtiyac
olunduqda elanlar verilir.

“Metropolitendə işə götürmə şəffaf və mərhələli şəkildə işə
qəbul prosesi həyata keçirilir. Hər hansı bir qeyri-qanuni yolla
“Bakı Metropoliteni” QSC-də işə düzəlmək qeyri mümkündür”, –
B.Məmmədov deyib.

Qeyd edək ki, naməlum şəxs QSC rəhbərinin adından vətəndaşa
votsap vasitəsi ilə mesaj yazaraq “Bakı Metropoliteni”ndə aylıq 650
manata “iş” təklifi edib. Lakin vətəndaş onun təklifini rədd
edib.

Teqlər: