Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Tomislav Koriç koronavirusa yoluxub.
Trend xəbər verir ki, bu barədə hökumətin açıqlaçasında deyilir.
Bildirilir ki, nazir Koriç özünü yaxşı hiss edir, həkimlər və epidemioloqların göstərişlərinə əsasən özünü təcrid edərək vəzifəsini evdən yerinə yetirəcək.
Qeyd edək ki, daha əvvə koronavirusa Xorvatiyanın Baş nazirinin müavini və maliyyə naziri Zdravko Mariç yoluxmuşdur.