Hindistanda xəstəxanada yanğın nəticəsində 4 körpə həlak olub

Hindistanın mərkəzində Madhya Pradesh ştatının Kamla Nehru xəstəxanasında yeni doğulmuş uşaqlar bölməsində yanğın nəticəsində 4 körpə həlak olub.

Trend xəbər verir ki, yanğın başlayan zaman bölmədə 40 yaxın körpə olub və onlar artıq başqa palatalara köçürülüb.

Hindistanda bu il ərzin xəstəxanalarda baş vermiş yanğınlar nəticəsində azı 70 nəfər həlak olub. Son belə hadisə noyabrın 7 Hindistanın qərbindəki Əhmədnaqar şəhərində dövlət xəstəxanasının reanimasiya şöbəsində baş vermişdir. Bu zaman 10 nəfər ölüb, 7 nəfər yaralanmışdır.

Teqlər: